Azərbaycanda bütün təhsil müəssisələri yenidən bağlanır? – Yayılan xəbərlərə Təhsil Nazirliyindən REAKSİYA

Təhsil Nazirliyi məktəblərin bağlanma xəbərinə reaksiya verib.

Zafer Tv xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun sözlərinə görə, məlumat ötən ilə məxsusdur:


“Ötən il tədris pandemiya səbəbindən ilk dəfə olaraq 3-9 mart 2020-ci ildə dayandırılmışdı. Bu il isə 2021-ci ildir, dərslərimiz də öz qaydasında davam edir” -, deyə qurum rəsmisi bildirib.


Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlər virusla əlaqədar fəaliyyətini dayandıracağını bildirmişdi. 

*** 

Martın 3-dən 9-dək Azərbaycanda bağçalar, məktəblər və universitetlər virusla əlaqədar fəaliyyətini dayandırır.


Sfera.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. 

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support