Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti azalıb.

Zafer TV bildirir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,41 ABŞ dolları və ya 2,15% azalaraq 64,25 dollar təşkil edib.

Xatırladaq ki, ötən həftə ərzində (22-26 fevral) dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 65,88 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 1,73 dollar və ya 2,7% çoxdur. Həftə ərzində ən yüksək göstərici (cümə axşamı günü) – 66,98 dollar təşkil edib, ən minimal göstərici (bazar ertəsi günü) isə 64,57 dollar səviyyəsində olub.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support