Bu günə qədər 300-dən artıq FHN əməkdaşı vaksinasiya olunub

Bu günə qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) 300-dən artıq əməkdaşı vaksinasiya olunub.

Zafər TV  Trend-ə istinadən bildirir ki, bunu FHN-nin Tibb Xidmətinin rəis müavini, tibb xidməti mayoru Vəfa Dadaşova deyib.

O bildirib ki, artıq bir neçə gündür FHN əməkdaşlarının vaksinasiya prosesinə başlanılıb:

“Bu günə qədər 300-dən artıq şəxsi heyət vaksinasiya prosesinə cəlb olunub. Vaksinasiya könüllülük prinsipi ilə həyata keçirilir. Vaksin vurulan əməkdaşlarda heç bir yan təsir müşahidə edilməyib”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support