Rəmişdən nə xəbər?

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti yaxşılaşıb.

Zafer TV qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə gitara ifaçısının xanımı Güllü Hüseynova AzTV-yə müsahibəsində bildirib.

O qeyd edib ki, Rəmiş xəstəxanaya gec yerləşdirilsə idi, onu itirə bilərdik: “Həkimlər, tibb bacıları ona çox yaxşı baxırlar. Prezident İlham Əliyevlə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Rəmiş nəfəs alır, yenidən həyata göz açıb. Ayağa dursun, öz ayaqları üstündə evə getsin”.

Qeyd edək ki, Rəmiş yanvarın 28-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.