Daha 7 partiya YAP-a “qoşulacaq” – SİYAHI

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının keçiriləcəyi ilə bağlı yayılan xəbərlər fonunda bir-neçə siyasi təşkilat hakim partiyaya qoşulduğunu bəyan edib. Artıq Yurddaş, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası və Milli Qurtuluş Partiyası YAP-a qoşulmaq istədiyini bildiriblər.

BAXAR.AZ-a daxil olan məlumata görə, yaxın günlərdə Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Demokratik İdrak Partiyası, Müstəqil Azərbaycan Partiyası, Qorqud Partiyası, Vahid Kommunist Partiyası, Milli Konqres Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası da hakim partiyaya “qoşulacaq”lar.

Mənbə bildirir ki, ölkədə olan siyasi aktivliyin fonunda qeydiyyatdan keçmiş 62 siyasi partiyanın mövcudluğu real müxalifət tərəfindən tənqid olunur. Bu səbəbdən də hakimiyyət öz “partiyalarını” artıq özünə birləşdirməklə ləğv edir.