“Ötən il büdcəyə 4 milyard manata yaxın pul köçürülüb” – Səfər Mehdiyev

2020-ci ildə DGK tərəfindən dövlət büdcəsinə 3 milyard 938 milyon manat pul köçürülüb.

Zafer TV Trend-ə istinadən bildirir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib.

O qeyd edib ki, qarşıya qoyulan proqnoz 103 faizlə yerinə yetirilib.