Donbassda böyük müharibə çox yaxındadır. Rusiyalı siyasətçi, LDPR lideri Vladimir Jirinovski belə hesab edir. Onun fikrincə, hər şey təxribatla başlayacaq. “İlk bir-iki gün onlar dözəcəklər, sonra Rusiya köməyə gələcək…”, – Jirinovski bildirib.
Zafer Tv-nin xəbərinə görə, Litvaya qaçan belaruslu fəal Olqa Karaçla söhbətində Jirinovski deyib ki, Qərbə Ukrayna ancaq Rusiya ilə müharibə üçün lazımdır.
Onun sözlərinə görə, müharibə çox güman ki, mayda başlayacaq.“1941-ci ildə olduğu kimi böyük müharibə olmayacaq, amma qurbanlar olacaq. Donbass uğrunda, Luqansk uğrunda müharibə, Krıma qarşı vuruşmaq cəhdi”,
– o deyib.Siyasətçinin sözlərinə görə, Ukrayna tərəfi artıq müharibəyə hazırlaşıb və Donetsk vilayətinə qüvvələr cəmləşdirib. Və Ukrayna ordusu indiki halda Qərb üçün “top yemi” olacaq.

“Böyük təxribat üçün onlar ilk bir-iki günü dözəcəklər. Sonra hamısı məhv ediləcək. Donetsk özünü müdafiə qüvvələrinin köməyinə Rusiya gələcək, rusdilli vətəndaşları, Rusiya pasportu olanları qorumaq üçün. Onlar isə orada yüz minlərlədir”, – Jirinovski hadisələri belə proqnozlaşdırıb.