Bakıda sərnişinlərə verilən “işgəncə” bitmək bilmir: bu məsələ nə vaxt həllini tapacaq?- FOTO

Aprel ayının 1-dək ölkəmizdə sərt karantin rejimi tətbiq olunduğundan metronun fəaliyyəti dayandırılıb. Hazırda metro stansiyaları arası sərnişinlər ekspres avtobuslar və müntəzəm marşrut avtobusları ilə daşınır. Amma mövcud vəziyyət göstərir ki, pik saatlarda ekspres avtobuslarda belə sıxlıq yaşanır. Metronun bağlanması ilə yük düşüb avtobusların üzərinə. Bu gün sərnişin yükünü götürmək üçün bütün avtobuslar səfərbər olunub. Amma real vəziyyət göstərir ki, avtobus çatışmazlığı yenə də hiss olunur. Bu isə təbiidir. Çünki metronun sərnişindaşıma ilə bağlı gördüyü işi avtobuslar yerinə yetirə bilməz. Hazırda avtobuslarla sərnişinlərin tələbatını ödəməyə çalışırlar.

ZaferTv.az xəbər verir ki, bu gün də avtobuslarda sıxlıq davam etməkdədir. Azadlıq metrostansiyası və 28 may istiqamətində hərəkət edən 88 A marşrut avtobusunda da sıxlıq müşahidə olunub. Buna görə də sərnişinlər kütləvi şəkildə etiraz ediblər. Məs buna görə də, polis, sərnişinlər və sürücü arasında mübahisə yaşanıb.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support