İsmayıllıda Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub – FOTOLAR

İsmayıllıda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayonun idmançı və məşqçi müəllimləri ilə görüş keçirilib.

Tədbir iştirakçıları ilk olaraq ümummilli liderin abidəsini ziyarət edib, gül dəstələri qoyublar. Qeyd etmək istərdik ki, hər il Bədən Tərbiyəsi və İdman  günü  İsmayıllı rayonunda təntənəli şəkildə qeyd olunub. Bu il isə pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq geniş tərkibdə tədbir keçirmək mümkün olmayıb. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, II Qarabağ müharibəsində şəhid olanların  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra vətən müharibəsi iştirakçısı olmuş idmançıların, məşqçi müəllimlərin, paraolimpiadaçıların iştirakı ilə Heydər Əliyev Mərkəzində  təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı da iştirak edib. Rayon rəhbəri İştirakçıları təbrik edib, bölgədə idman sahəsində qazanılan uğurlardan danışıb. İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğısını qeyd edərək bildirib ki, bu gün Azərbaycan tanınmış idman dövlətlərindən biridir.

Çıxışçılar 44 günlük vətən müharibəsində iştirak edən rayonumuzdan olan  idmançılarımızın şücaətindən danışıb, şəhid olan qəhrəmanlarımızın xatirəsini yad ediblər.

Tədbirdə idmançılar rayonda idman sahəsində olan bəzi çətinliklərin aradan qaldırılması istiqamətində arzu və istəklərini rayon rəhbərliyinə bildiriblər. RİH başçısı bildirib ki, bu sahədə aidiyyəti üzrə işlər görülür, tezliklə bəzi məsələlər öz həllini tapacaq, qaldırılan digər məsələlərin həlli  üçün müvafiq tapşırıqlar verib. 

İştirakçılar göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıq edib, ölkə başçısının qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirən rayonun rəhbərinə, müxtəlif vəzifələrin tutulmasında gənclərə göstərilən etimad görə təşəkkürlərini bildiriblər.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support