Qarabağın iqtisadi dirçəliş planı

Məlumdur ki, bu ilin fevral aiının 26-da Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirmişdir. Konfransda toxunulan məsələlərdən biri də Qarabağın çoxşaxəli iqtisadi potensialı barədə olan fikirlərdir. Bərpa prosesi zamanı müxtəlif istiqamətli və təyinatlı logistik layihələrin icra olunması nəzərdə tutulmuşdur. Füzuli şəhəri ilə yanaşı, Zəngilanın da çox mühüm logistika mərkəzinə çevriləcəyini nəzərə almaqla, Laçın və Zəngilanda da aeroportların tikilməsi planlaşdırılır. Bərpa işlərini vaxtında və kefiyyətli icra etmək üçün bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilmişdir. Artıq bağlanmış müqavilələr əsasında ilkin ödənişlər belə edilmişdir.

Qarabağın torpaqları kifayət qədər yüksək məhsuldarlığa malik olduğu üçün, böyük kənd təsərrüfatı potensialı vardır. Müharibədən qabaq bu ərazilərdə əkinçilik, heyvandarlıq, tütünçülük və üzümçülük yaxşı inkişaf etmişdi. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyəti üçün bütün lazım olan imkanlar vardır. Qarabağ bölgəsində müvafiq işlərin görülməsinə start verilib və qısa müddət ərzində minadan təmizlənmiş 7 min hektardan çox ərazidə payızlıq buğda əkilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə müharibədən əvvəl Azərbaycan, bərpaolunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşdur. Artıq iki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirmişlər. Belə ki, dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilmiş və iki şirkət ən yaxşı təkliflər irəli sürmüşlər.

Qarabağı alternativ enerji mənbəyinə çevirməyi planlaşdıran dövlətimiz bu sahəyə sərmayə cəlb olunmasına nail olacağına inanırıq. Ümumiyyətlə bu bölgə təbii “yaşıl enerji” zonasıdır. Çünki işğaldan azad edilmiş ərazilərdə yaxşı imkanlar mövcuddur. Kəlbəcər-Laçın zonasında güclü küləklər olduğu üçün. orada külək stansiyaları, Zəngilan-Cəbrayıl zonasında il ərzində günəşli günlərin sayı kifayət qədər çox olduğu və günəş şüalarının miqdarı yetərincə olduğu üçün günəş stansiyalarının tikilməsi planlaşdırılır. Bununla əlaqədar olaraq Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində birgə işləmək barədə xüsusi tapşırıq verilmişdir. Azərbaycan Qarabağı “yaşıl enerji” zonası elan etmişdir və həmin sahəyə sərmayə qoymaq üçün xarici sərmayədarları gözləyir.

Nəzərdə tutulmuşdur ki, Qarabağ müasir və ən inkişaf etmiş regiona çevrilsin. Artıq müvafiq işlərin görülməsinə başlanılmışdır. Belə ki, Füzulidə aeroportun tikilməsi işlərinə start verilmişdir. Inşa işlərini həyata keçirmək üçün ərazilərin minalardan təmizlənməsi ilə bağlı məsələlərin həlli operativ surətdə həyata keçirilir. Fizulidə tikilən aeroportun uçuş-enmə zolaqlarının və aeroportun fəaliyyətini təmin edəcək naviqasiya sistemlərinin qısa müddət ərzində təhvil verilməsi nəzərdə tutulmuşdur. Aeroport beynəlxalq hava limanı statusu alacaqdır. Yeni aeroportun uçuş-enmə zolaqları bütün növ təyyarələri qəbul etmək imkanına malik olacaqdır. Hava limanından həm ərazilərin bərpası üçün xaricdən alacağımız yükləri qəbul etmək, həm də başqa dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə olunacaqdır.

Həyata keçiriləcək bütün bərpa işləri sistemli və planlı şəkildə aparılacaqdır. Ərazidə salınacaq şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsi prosesi artıq həyat keçirilir. Çünki vətəndaşların qayıtması üçün əsas mərhələdir. Pilot layihələrin icrasına da başlanılıb. Bir layihə – “ağıllı kənd” layihəsi artıq icra olunur.  Erməni işğalı nəticəsində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılacaqdır. Çünki uzun müddət əziyyət çəkmiş vətəndaşlarımız gözəl yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər.

Həyata keçiriləcək layihələrdə müasir texnologiyaların potensialına daha çox müraciət olunacaqdır. Artıq “Ağıllı kənd” layihəsi reallaşmaqdadır.  Zəngilan rayonunun üç kəndində – Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində bu layihə həyata keçiriləcəkdir. Cari ilin sonuna qədər layihə tam başa çatacaqdır. Orada təqribən 1000-ə yaxın insan yerləşəcəkdir. Lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və insanlar oraya qayıdacaqlar. Belə pilot layihələr çox olması ehtimalı yüksəkdir.

Məlumdur ki, Azərbaycan öz ərazilərinin xeyli hissəsini həm hərbi, həm də sülh yolu ilə qaytarıb. İndi bizim əsas vəzifəmiz həmin ərazilərin bərpa edilməsi, keçmiş köçkünlərin qaytarılması və bu insanların normal həyatının təmin edilməsidir. Bunu şəraitdən və strateji planlardan asılı olaraq mərhələli şəkildə həyat keçirəcəyik.       

Düçməndən azad olumuş ərazilərin bərpa olunması üçün bütün imkanlar səfərbər olunmalıdır. Dövlətin ayırdığı 2,2 milyard manat sərmayə hələ ki, bir başlanğıc hesab olunur. Bu il həyata keçiriləcək Qarabağın bərpası barədə təklif edilmiş investisiya proqramından demək olar ki, təxminən bir milyard manatı praktik olaraq layihələr üzrə paylanıb.  Həmin layihələr bilavasitə infrastruktur layihələridir. Bu layihələr elektrik enerjisi stansiyalarının tikilməsi, avtomobil və dəmir yollarının çəkilməsi, ərazilərin minalardan təmizləmə sahələrinə aiddir.

Cəfərli Vüsal

Nərimanov Bələdiyyəsinin sədr müavini

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support