Ronaldo bundan narahatdır – Nurməhəmmədov

Kristiano Ronaldonun nədən narahat olduğunu bilirəm.

Zafer Tv Axar.az-a istinadən xəbər verir ki, bunu UFC üzrə yüngül çəkidə çempion Həbib Nurməhəmmədov deyib.

“Motivasiyanı necə ələ almaqla bağlı Kristiano ilə bir müzakirə var idi. O, oğlunun onu keçməsini istədiyini deyirdi. Amma o, narahat idi ki, oğlu bunu edə bilməyəcək. Oğlunun yaşında olanda Kristiano arzulayırdı ki, bir butsu olsun. Amma indi onun oğlunun hər şeyi var”, – Nurməhəmmədov deyib.

Nurməhəmmədovun sözlərinə görə, Ronaldo qorxur ki, oğlu qələbələrə ac olmayacaq:

“Kristiano məni nümunə göstərəndə təəccüblənmədim, amma xoşuma gəldi. Başa düşdüm ki, belə bir insan heç vaxt bir neçə titulla razılaşa bilməz. Fikrimcə, o, daha 2-3 mövsum bombardman edəcək”.
Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support