SON DƏQİQƏ! DİN xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi (DİN) bir qrup qadının martın 8-də aksiyaya hazırlaşması ilə bağlı xəbərdarlıq edib.

DİN-in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan və xüsusi karantin rejimi qüvvədə olduğu dönəmdə hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır.

Qeyd edək ki, bir qrup qadın martın 8-də Fəvvarələr meydanından (“McDonalds”-ın qarşısından) Azad qadın heykəlinə kimi “8 marş – Haqlarımız uğrunda!” şüarı ilə yürüş keçirmək istəyir.Bakı şəhər İcra Hakimiyyəti yürüşün keçirilməsinə razılıq verməyib.
Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support