Ekspert: “44 günlük müharibədə ordumuz sübut etdi ki, biz hər cür çətin döyüş tapşırıqlarını yerinə yetirə bilərik” – ÖZƏL AÇIQLAMA

“Ermənistanda ictimai rəydə Qarabağ müharibəsi ilə bağlı olan hərəkatda yer alan siyasi şəxlərin siyasi nüfuzu və çəkisi çox aşağıdır və onlara inam yox dərəcəsindədir”.

Bunu ZaferTv.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Paşinyan hansısa qüvvələrə arxalanaraq öz siyasi hakimiyyətdə qalmaq müddətini uzatmaqla məşğuldur.

“Bildiyiniz kimi Ermənistanda hazırda olan siyasi-iqtidar Nikol Paşinyanla ona qarşı çıxan müxalifət liderləri arasında fikir ayrılıqları müşahidə olunur. Eyni zamanda Paşinyanın istefasını tələb edən müxalifət rəhbərləri Paşinyana və onun siyası partiyasına qarşı açıq şəkildə mübarizə aparırlar. Eyni zamanda bu mübarizə hərbi-siyasi qarşıdurma kimi də dəyərləndirilə bilər. Bununla yanaşı olaraq Ermənistanda eks Prezidentlər Ser Sarkisyan və Robert Köçaryanında hazırki baş Nazir Nikol Paşinyana qarşı mətbuatda dərc olunan yazıları və fikirləri onun siyasi nifuzuna ləkə gətirir və bununla yanaşı olaraq onun siyasi imicini nüfuzdan salmaq məqsədi daşıyır. Lakin eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistanda ictimai rəydə Qarabağ müharibəsi ilə bağlı olan hərəkatda yer alan siyasi şəxlərin siyasi nüfuzu və çəkisi çox aşağıdır və onlara inam yox dərəcəsindədir. Çünki onlar hakimiyyətdə olduğu dövrdə iqtisadi, ticari münasibətlər qurmaq, qonşularla əlaqəni yaratmaq və öz xalqının gələcəyini qurmaq əvəzinə işğalçılıq siyasəti həyata keçirdirlər və öz ordularının mifik obrazını formalaşdırdılar.Eyni zamanda “böyük Ermənistan” xəyalları ilə müxtəlif təşəbbüslər həyata keçirməyə cəhdlər göstərdilər”, – deyə ekspert vurğulayıb.

İlyas Hüseynov Ermənistan əhalisinin həmin dönəmə qayıtmaq istədiyini diqqətə çatdırıb: “Biz bütün bu tarixi yaxından izlədiyimizə görə deyə bilərik ki, həmin dövrdə yaşamış o dövrün reallıqlarını yaxşı dərk edən Ermənistan əhalisi həmin dönəmə qayıtmaq istəmir, onların rəhbərliy etdiyi Ermənistanın qəbul etmək istəmirlər. Eyni zamanda dövlət başçısı möhtərəm Prezident İlham Əliyev bildirdi ki, dəfələrlə bu məsələyə toxunulub və biz Köçəryan, Sarqsyanın yaratdığı, qurduğu ordunu məğlub etmişik deməsi onu göstərir ki, Ermənistanda ordu quruculuğu müdafiə sədlərinin formalaşdırılması, istehkamların yaradılması ilə bağlı fəaliyyəti həmin şəxslər həyata keçirdiblər. Bununla yanaşı qeyd edə bilərik ki, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın Azərbaycanla müharibə olacağı təqdirdə qurduğu müdafiə səddi ilə Ermənistan tərəfi öyünürdü və ordunun yenilməzliyi ilə müxtəlif miflər formalaşdırılmışdı. Lakin Azərbaycanın 44 gün ərzində müzəffər ordusu sübut etdi ki, biz çətin relyefə eyni zamanda düşmənin dərinliyində formalaşmış tunellərə və çətin keçilməz olan səngərləri də aşıb keçə bilərik və bu cür çətin döyüş tapşırıqlarını yerinə yetirə bilərik. Hazırki durumda isə məğlubiyyətə uğramış Ermənistanda Sarqsyanın Köçaryanın hakimiyyətə gəlməsi ilə bağlı iddiaları və verdiyi müsahibələr bir daha onu göstərir ki, həmin şəxslərin siyasi çəkisi aşağıdır və hər keçən gün bunu açıq şəkildə görürürk, eyni zamanda Paşinyanın keçiridiyi mitinqdə də biz gördük ki, onun tərəfdarlırının sayı kifayət qədərdir, onu dəstəkləyən qüvvələr var. Paşinyan o qüvvələrə arxalanaraq öz siyasi hakimiyyətdə qalmaq müddətini uzatmaqla məşğuldur, lakin bir mənalı qeyd edə bilər ki, Ermənistan ictimai rəydə Sarqsyanın eləcə də Köçəryanın hakimiyyətə gəlməsi ilə bağlı fikir çox mənfidir və bu mitinq də biz dediklərimizi bir bir daha təsdiqləyir”.

Fatimə Quliyeva

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support