Güclü külək TIR-ın aşmasına səbəb oldu- VİDEO

Hadisə Bakı-Ələt-Astara yolunda baş verib.

Zafer TV xəbər verir ki, bu gün səhər saatlarından başlayan güclü külək Bakı-Ələt-Astara yolunda TIR markalı yük daşıma nəqliyyat vasitəsini aşırdıb.

Hadisə yerində DYP və FHN-in əməkdaşları cəlb olunub.

Şəfa Nəsibova