Azərbaycanlı idmançı MMA-da qazandığı qələbəsini Qarabağ şəhidlərinə həsr etdi – FOTO

Martın 7-də Ukraynanın Lutsk şəhərində “PROFC-Ukrayna” Liqasının himayəsi altında “PRIDE” MMA yarışı baş tutub.

Buta.ws xəbər verir ki, yarışda iştirak edən azərbaycanlı idmançı Elçin Hüseynov ukraynalı rəqibi Oleksandr Qorodnyuka qalib gəlib.

93 kq çəki dərəcəsində mübarizə aparan Elçin Hüseynov əldə etdiyi qələbəni Qarabağ şəhidlərinə həsr edib.

Qeyd edək ki, turnirdə Ukrayna, Azərbaycan, Ermənistan, Tacikistan və Belarusiyanın müxtəlif bölgələrindən məşhur döyüşçülər iştirak ediblər.