Azad edilmiş bölgələrdən gətirilən mal-qaranın sayı açıqlandı – QƏNİMƏT

İşğaldan azad edilmiş bölgələrdən gətirilmiş 1,9 min baş iribuynuzlu, 367 baş xırdabuynuzlu heyvan, 14 baş at, 319 baş donuz və 364 arı ailəsi baxışdan keçirilib, heyvanlardan qan və patoloji nümunələr götürülərək laboratoriyalarda müayinə edilib, xəstəliklərə görə peyvəndlənmə aparılaraq identifikasiya edilib.

ZaferTv xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.