”Bahalı kostyum geyinib, brend qalstuk taxıb qərar verirlər” – Millət vəkili Operativ Qərargahı ”yıxdı-sürüdü”

“Vətəndaşlardan karantin rejiminin yenidən tətbiqi və iş yerlərinin qapanması narahatlığı ilə bağlı saysız-hesabsız müraciətlər alıram. Nə etsinlər, evlərinə bir tikə çörək aparırlar, karantin müddətində isə sağ qalmaq üçün mübarizə aparırlar. Belə çıxır ki, “tısbağanı ya öldür, ya da arxası üstə çevir” nə fərqi var ki. Bir də polislə vətəndaşları üz-üzə qoymayın”.

ZaferTv Metbuat.az-a istinadən xəbər verir ki, bu açıqlamanı millət vəkili Razi Nurullayev edərək, Operativ Qərargahı karantini ləğv etməyə dəvət edib.

Razi Nurullayev vəd etdiyi adları çəkdi: Rövnəq Abdullayev, Cahangir Əsgərov...

”Mən Operativ Qərargahı, TƏBİB-i karantin tətbiqindən imtina etməyə dəvət edirəm. Yenə qapanma olsa, sosial vəziyyət indikindən də ikiqat ağır olacaq, sosial narazılıq isə daha da artacaq. Vətəndaşların qarşısına çıxıb cavab verəcəksiniz? Televizor ekranlarında yox, yerlərdə vətəndaşlarla birbaşa təmasda cavab verə biləcəksiniz?

Qərarlarınızı televizor ekranlarında yox, camaatın sıx toplaşdığı, etiraz etdiyi yerlərdə birbaşa ünsiyyətə girərək verin və “ləzzət”ini də görün.

Mən və onlarla digər deputatlar, xeyli vəzifəli şəxslər həmçinin digər məmurlar bunu edir və taleyinə yazılan ağır ittiham və gözyaşı dolu şikayətləri dinləyir və psixologiyası da pozulur. Bu gün hər kəsin – həm vəzifə daşıyanların, həm də camaatın psixoloqa, psixoterapevtin müalicəsinə ehtiyacı yaranıb.

Psixoloqa da, psoxiterapevtə də müraciət etməyə qorxursan ki, deyəcəklər dəli olub. Bizim mentalımız budur. Demək ki, karantini tətbiq etməmək, xəstələrin müalicəsini düzgün təşkil etmək lazımdır”.

Millət vəkili koronavirusa yoluxan xəstələrdən ən ağır vəziyyətdə olanlarının xəstəxanaya yerləşdirilməsinin daha düzgün olduğunu bildirib.

R.Nurullayevin fikrincə ən vacib olan və axsayan məsələ zamanında testin götürülməsi və cavabın təmin edilməsidir. Bu sahədə ciddi işlərə, mobilliyə, çevikliyə ehtiyac var.

”Ərazilər üzrə mobil qruplar yaradılsın və xəstələrə lazım olan bütün pulsuz dərmanlar çatıdırlsın. Bildiyimə görə də dərmanlar pulsuz verilməlidir. Yoxsa xəstə özü yaxud da qohumları bütün ölkə boyu dərman axtarışına çıxır, pulu olmayanlar da bir neçə ilə qaytara bilməyəcəyi borca düşür.

Xəstələrin müalicəsi üçün bütün vacib mərhələlər televiziya ekranlarında reklam formasında əhaliyə izah edilsin, dərmanların adı göstərilsin və atılma qaydaları izah edilsin. Qoy insanlar özləri də müalicə ilə məşğul olsunlar. Vətəndaş niyə gözləsin ki, ona dərmanı həkim yazsın? Məgər, istisnalar olmaqla mülaicə hər kəs üçün eyni deyil?

Sadəcə, 14 və 21 günlük pulsuz dərmanları paket şəklində xəstələrə çatdırmaq lazımdır. Belə olarsa, ajiotaj da olmaz.

Xəsətlərin sayı bilirsiniz harada artır? Marşrut avtobuslarında üst-üstə gedən sərnişinlər vasitəsilə. Çoxu nəfəs ala bilmir, ürəyi darıxır və maskasını çıxarır. Bu zülmü insanlara verməyin, vallah yazıqdırlar.

Karantin rejimi olacaqsa, qətiyyətlə etirazımı bildirirəm. Qərar verəcəksinizsə, xalqın içinə çıxıb orada verin, bahalı kostyum geyinib, brend qalstuk taxıb bəzəkli-düzəkli televizor ekranlarında yox”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support