Putinin səhhəti ilə bağlı sensasion məlumat yayıldı

Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı sensasion məlumat yayılıb.


ZaferTv xəbər verir ki, Rusiyalı müstəqil şərhçilərin etibarlı mənbə kimi təqdim etdikləri “Генерал СВР” (Служба Внешней Разведки – Xarici Kəşfiyyat Xidməti) “Telegram” kanalı Putinin ağır xəstə olduğunu bildirib.


“Генерал СВР”in məlumatına görə, Putin bəzən əlindəki əşyaların təyinatını unudur və onlarla nə edəcəyini bilmir. Bəzən isə onda hərəkət pozğunluğu müşahidə olunur. Martın 8-də isə təxminən 15 dəqiqə ərzində prezident danışıq qabiliyyətini itirib. Sonra isə heç nə xatırlamadığını bildirib.

“Генерал СВР” belə bir vəziyyətdə hakimiyyətinin ötürülməsinin ləngiməsinin doğurduğu riskin artdığını bildirir. Narahatlıq yalnız prezidentin onkologiyaya nə qədər müqavimət göstərə biləcəyi ilə bağlı da deyil. Çünki, nüvə dövləti tezliklə yarı ölü bir şəxsin ümidinə qalacaq…