Azərbaycanın Gözəlləri “Make-Up Academy”-da – FOTOLAR

“Make-Up Academy”-nın peşəkar makiyaj akademiyasında gözəl şərq dekorasiya və rəngarəng geyimlərlə “Azərbaycan Gözəlləri” adlı bir layihə həyata keçirildi. Bu layihənin rəhbəri Nərmin Həsənovadır. 

Gözəllər arasında Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri və sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, aktrisa Oksana Rəsulova, məşhur Azərbaycan televiziya aparıcısı Leyla Quliyeva, yazıçı Nərminə Məmmədzadə, stilist- dizayner Vəfa İsazadə, müğənni Vlada Axundova və mədəniyyət işçisi Arzu Vaqifqızı. 

Layihə Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri və sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, Decoration_weddings, Azerbaijan Kelagayi, Butali Azerbaijan Jewelry və Kishmish Agency tərəfindən dəstəklənmişdir. Makiyaj sənətçiləri  Natalya İsmayılova, Nura Babayeva və Ofeliya Həsənovadır. 

Qeyd etmək istərdik ki, “Make-Up Academy” beynəlxalq səviyyəli ixtisaslı və sertifikatlı ustad müəllimlərin çalışdığı təlim mərkəzidir.