İstefa verən vəzifəli şəxslərin yerinə onlar təyin olunacaq – Milli Məclisə təqdimat

Xəbər verdiyimiz kimi, Hesablama Palatasının 4 auditoru eyni vaxtda istefa verib. Onların boş qalan vəzifələrinə Milli Məclisin martın 16-da keçiriləcək plenar iclasında təyinatlar olacaq.

Zafer Tv xəbər verir ki, “Yeni Sabah” həmin boş qalan yerlərə təyin olunacaq namizəslərdən ikisinin kimliyini öyrənib. Palatadan sayta bildirilib ki, boş qalan 4 vəzifə yerindən ikisinə Vəfa Mütəllimova və Cavid Bayramov təyin olunacaq. Artıq onlarla bağlı lazımı təqdimatlar Milli Məclisə göndərilib.

V. Mütəllimova hazırda Palatada çalışır. O icmal büdcə və strateji təhlil şöbəsinin müdiridir.

C. Bayramov isə palatanın Dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin müdiridir.
Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support