Xalq artistimizin tələbə nəvəsi dünyasını dəyişdi

Tanınmış rejissor, xalq artisti Vaqif Əsədovun nəvəsi qəfildən dünyasını dəyişib.

Bu barədə Gənc Tamaşaçılar Teatrından məlumat verilib. Xalq artistinin nəvəsi Emil Əsədov Ukraynada təhsil alırmış.

Gənc Tamaşaçılar Teatrının rəhbərliyi və bütün kollektiv adından dərin hüzünlə başsağlığı verib.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Vaqif Əsədovun oğlu Oqtay Əsədov da dünyasını dəyişmişdi.(modern.az)

Allah rəhmət eləsin!