“Xəstə təfəkkürlü revanşist ermənilərin bəyanatları ciddiyə almamalıyıq” – Partiya sədri

Azərbaycanın əzəli şəhəri Xankəndində “lövbər” salıb, özünü separatçı, qondarma rejimin “təhlükəsizlik şurasının katibi” kimi aparan hərbi cani Vitali Balasanyanın bəyanatları indiyə qədər siyasi səhnəyə gəlmiş-getmiş Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Seyran Ohanyan, Samvel Babayan kimi quldurların açıqlamalarından heç nəylə fərqlənmir. Eyni ritorika, eyni sərsəmləmələr. Bu da o birilər kimi sadəcə zəvzəkləməklə, öz varlığını göstərməklə məşğuldur.

ZaferTv.Az bildirir ki, bu sözləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov özünün feysbuk sosial şəbəkədəki divarında paylaşıb.

Vaxtilə əli Xocalı sakinlərinin qanına batmış terrorçu V.Balasanyanın indi “heç vaxt Azərbaycanın tərkibinə daxil olmayacayıq”, “özümüzün xüsusi ordumuzu yaradırıq” kimi sərsəm və avantürist fikirlər səsləndirməsi “don kixot”luqdan və xəyalpərəstlikdən başqa bir şey deyil. Mən onun bu cür sayıqlamalarını oxuyanda acı-acı gülümsədim. Adam sanki ayrı planetdə yaşayır, reallıq hissini itirib və regionda gedən proseslərdən əsla xəbəri yoxdur. Bu hərif heç olmasa, bundan əvvəl Araik Arutyunyanın İkinci Qarabağ müharibəsi ərəfəsində və eləcə də müharibə günlərində verdiyi pafoslu bəyanatları, lovğa ədalarını bir anlığa gözünün qabağına gətirsin. Arutyunyan da bir vaxtlar rəsmi Bakıya meydan oxuyurdu. Araikin və Paşinyanın lovğalıqlarının sonunun nəylə qurtardığını Balasanyan nə tez unutdu?

Biz bu cür xəstə təfəkkürlü, revanşist ermənilərin bəyanatlarını, müsahibələrini qətiyyən ciddiyə almamalıyıq. Araik Arutyunların, Vitali Balasanyanların və digər qatı millətçi-faşist ünsürlərin, terrorçuların “qatar”ı artıq gedib. Onlar hazırda Xankəndidə sadəcə fiziki olaraq mövcuddurlar. Arutyunyanın özünü “dqr”in “prezident”i kimi, Balasanyanın isə özünü “təhlükəsizlik şurasının katibi” kimi aparması siyasi şoudur. Amma əslində isə onların məsələsinin həll olunmağına elə də çox qalmayıb.

Reallıq hissini itirən V.Balasanyan başa düşməlidir ki, Dağlıq Qarabağın və orda yaşayan mülki ermənilərin təhlükəsizliyini təmin etmək onun başı üçün deyil. Ordakı ermənilərin taleyini nə Balasanyan, nədəki Ermənistan dövləti həll etmir. Bu artıq Azərbaycan və Rusiyanın kompetensiyasına aid olan məsələdir. Balasanyan kimdir axı bəyanat verir? Arutyunyanla mübarizə aparıb mövcud olmayan qondarma “dqr”in rəhbəri olmaq eşqinə düşən V.Balasanyanın nə dövlət qurmaq, nədəki ordu yaratmaq imkanları yoxdur.

Onun Rusiyaya arxalanması da tamamilə absurddur. Rəsmi Moskva heç bir perspektivi olmayan avantürist erməni generalına – Balasanyana görə 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatı təhlükə altına atası deyil. Odur ki, Balasanyan kimi hərbi canilər “ordu” yaratmaq xülyasına düşməkdənsə, hərbi tribunal qarşısına çıxarılmağa, ömürlük məhbəs həyatı sürməyə hazırlaşsalar yaxşı olar. Onsuz da haqq, ədalət gec ya tez öz yerini tutacaq.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support