“AzerGold” tərəfindən işlə təmin olunmuş qazi və şəhid ailəsi üzvləri ilə görüş keçirilib – FOTO

“AzerGold” QSC tərəfindən işlə təmin olunmuş qazi və şəhid ailələrinin üzvləri ilə onlayn görüş keçirilib. Görüşdə iştirak edən Cəmiyyətin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə əldə edilmiş şanlı zəfərin tarixi-siyasi əhəmiyyətindən bəhs edib. Qeyd edilib ki, bu zəfərdə igid Azərbaycan oğullarının, şəhid və qazilərimizin əvəzsiz payı var. Onların qəhrəmanlıqlarından təkcə ölkəmizdə deyil, ölkəmizin hüdudlarından kənarda da böyük heyrət hiss ilə danışılır.

Xəyyam Fərzəliyev bildirib ki, Vətən uğrunda şəhid olmuş oğullarımızın sırasında “AzerGold”un qəhrəman əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərov da var. Cəmiyyətin daha 6 nəfər əməkdaşı döyüşlərdə fəal iştirak edərək nümunəvi xidmətləri ilə fərqləniblər.

Daha sonra görüşdə Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə lazımi dövlət dəstəyinin göstərilməsi istiqamətində görülən işlərdən danışılıb. İdarə Heyətin sədrinin müavini ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna Cəmiyyət tərəfindən ianələrin edildiyini diqqətə çatdırıb.

X.Fərzəliyev son iki ayda 20-ə qədər şəhid ailəsi üzvü və qazinin “AzerGold” QSC tərəfindən daimi işlə təmin olunduğunu, bundan sonra da müvafiq vakansiyaların tələblərinə uyğun namizədlər arasında üstünlüyün şəhid ailəsi üzvlərinə, Qarabağ əlilləri və veteranlarına veriləcəyini diqqətə çatdırıb.

Görüşün davamında işlə təmin edilmiş qazi və şəhid ailəsi üzvləri çıxış edərək, Cəmiyyət tərəfindən göstərilən etimada və dəstəyə görə təşəkkür ediblər.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support