“Vətən Müharibəsinə Kömək” İctimai Birliyindən növbəti uğurlu addım!

“Vətən Müharibəsinə Kömək” İctimai birliyinin təşkilatçılığı ilə növbəti dəfə qazilərimizə,milli qəhraman ailələrinə yardımlar edilib.

Zafer Tv xəbər verir ki, Qazilərimizlə yaxından maraqlanan ictimai birlik nümayəndələri tərəfindən onların problemləri yaxından dinlənilib.

Dəfələrlə qazilərimizin problemləri ilə yaxından maraqlanan ictimai birliyin üzvüləri hər zaman qazilərimizin yanında olacağına, onların hər hansı bir problemi yaranarsa, dərhal o problemleri aradan qaldırmaq üçün hərzamanki kimi əllərindən gələni edəcəklərinə söz veriblər.

Müharibə veteranlarına və şəhid ailələrinə qapılarının açıq olduğunu verdikləri hər açıqlmalarında qeyd ediblər.