Partiya sədri: “Ağdam müharibə zamanı yox, məhz işğal dövründə dağıdılıb, talan edilib” – FOTOLAR

İşğaldan azad edilmiş ərazilərimizə səfərdən həm qürur hissilə, həm də ağır mənəvi-psixoloji yüklə qayıtdıq. Siyasi partiya sədrləri olaraq işğaldan azad edilmiş Ağdama səfər etdik, erməni vəhşiliyi nəticəsində viran qalmış kənd və şəhərlərdəki real vəziyyətlə yerində tanış olduq.

Səfərdə hakim Yeni Azərbaycan Partiyası, hakimiyyətyönlü partiyalar, müxalifət partiyaları hamısı bir yerdə idi. Necə deyərlər, iqtidar və müxalifət partiyaları olaraq hamımız bir araya gəlmişdik. Çünki yolumuz, yönümüz üzü Ağdama idi. Vətənin işğaldan azad edilmiş bir parçasına ziyarət anında təbii ki, iqtidar-müxalifət söhbəti ola bilməz. Şükürlər olsun ki, son dövrlərdə bu cür həssas məqamlar ortaya gələndə, hamı öz siyasi iddialarını və fərqli əqidələrini bir kənara qoymağı bacarır, bütün siyasi qütblər vahid mövqedən – milli həmrəylik mövqeyindən çıxış edir. Heç şübhəsiz ki, belə bir siyasi konsesus mühitinin formalaşmasında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin də olduqca mühüm rolu və böyük əməyi vardır. Və elə ötən gün əksər partiya sədrlərinin və təmsilçilərinin yer aldığı heyətə də bilavasitə Ədalət müəllimin özü rəhbərlik edirdi Biz bu səfərin təşkilinə görə sözügedən şöbənin heyətinə və rəhbərliyinə təşəkkürümüzü bildiririk.

Sözün açığı, mən ermənilərin xarabalığa çevirdiyi doğma torpaqlarımıza bu ilk səfərimizə gedərkən orada görəcəyimiz 30 illik işğal mənzərələrinə baxmaq üçün özümü psixoloji cəhətdən hazırlaşdırmışdım. Ancaq o o torpağa ayaq basanda və o mənzərələri görəndə gerçəkdən də sarsıldım. Məni dərin kədər hissi bürüdü.

Əlbəttə, hər kəs kimi mən də Ağdamın erməni vandalları tərəfindən yerlə-yeksan edildiyini, tamamilə dağıdıldığını bilirdim. Zatən Ağdamın işğal altındakı dövrü ilə bağlı bir çox videokadrları televiziyadan da illər boyu izləmişik. Ancaq sözün düzü, bu dərəcədə dəhşətli bir vandalizmi təsəvvürümə belə gətirmirdim. Mən burda gördüklərimdən həqiqətən də heyrətə gəlmişəm. Yəni bu dərəcədə də vəhşilik, barbarlıq olarmı, ilahi? Bu necə insanlıqdır? Ağdamı bu hala salan ermənilər görəsən necə özlərinə insan deyə bilirlər?

Mən burda gördüklərimdən bir daha əmin oldum ki, Ağdam müharibə zamanı yox, məhz işğal dövründə dağıdılıb, talan edilib. Bu yaruçuq divarlar, bu xarabalıqlar əsla bombalar, mərmi partlayışları nəticəsində bu hala düşə bilməzdi. Ermənilər işğalın verdiyi fürsətdən istifadə edib buranı sadəcə talan ediblər. Onlar əllərinə keçən hər şeyi daşıyıb aparıblar. Bu isə təbii ki, həm onların dilənçi və qəsbkar xislətindən irəli gəlir. Həm də Şuşa ilə bərabər Ağdamın da biz azərbaycanlılar üçün müqəddəs bir məkan olduğunu bildikləri üçün belə ediblər. Yəni ki, bizə qarşı olan etnik-milli zəmində nifrətlərinin, düşmənçiliklərinin əvəzini Ağdamdan çıxıblar. Ona görə da Ağdam bu hala salınıb. Bizə psixoloji travma yaşatmaq məqsədilə Ağdamın daşını daş üstə qoymayıblar. Ağdamımızı bu hala yalnız və yalnız insanlıq hissindən və bəşəri dəyərlərdən məhrum olan vəhşi bir qəbilə sala bilərdi. Bəli, ermənilər məhz qəbilədir. Ağdamı bu hala salan topluma heç kim xalq, millət deməz. Mən ixtisasca tarixçiyəm və daş dövrünün insanlarının qəbilə, sürü psixologiyasını çox araşdırmışam. Ermənilər sürü psixologiyasının daşıyıcılarıdır. Kim bu həqiqətə əmin olmaq istəyirsə, getsin Ağdamdakı erməni işğalının izlərini canlı-canlı izləsin.

Biz Milli Həmrəylik Partiyası olaraq ermənilərin Qarabağda törətdikləri vəhşiliklərə göz yuman, bu işğalçı qüvvəni hələ də mədəni millət hesab edən bütün beynəlxalq təşkilatların rəhbərlərinə və Ermənistana havadarlıq edən dövlətlərin liderlərinə səslənərək, onları Ağdama və işğaldan azad edilmiş digər ərazilərimizə dəvət edirik. Buyurub gəlsinlər və hətta alman faşizminin qəddarlığını da kölgədə qoya biləcək erməni faşizminin törətdiyi dəhşətləri öz gözləri ilə görsünlər. Dünya bu vəhşiliklərə mütləq hüquqi və siyasi qiymət verməlidir. Eyni zamanda erməni faşizmini himayə edənləri də hər kəs tanımalıdır.

Əlisahib Hüseynov,Milli Həmrəylik Partiyasının sədri,Birinci Qarabağ müharibəsinin iştirakçısı

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support