AVRO-2020-nin rəsmi səhifəsi oyuna saatlar qalmış millimizi aşağıladı – FOTO

Millimizin DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Portuqaliya ilə keçirəcəyi oyuna saatlar qalmış AVRO-2020-nin rəsmi səhifəsi paylaşımı ilə diqqət çəkib.

Zafer Tv Offsideplus.az- a istinadən xəbər verir ki, turnirin rəsmi “instagram” hesabının “hekayə” bölməsində Portuqaliyanın kapitanı Kriştiano Ronaldonun şəkli paylaşılıb və izləyicilər arasında sorğu təşkil edilib.

Belə ki, AVRO-2020 izləyicilərindən Ronaldonun bu gün Azərbaycanın qapısına neçə qol vuracağını soruşub.

Bu “sorğu-sual” isə azərbaycanlı azarkeşləri hiddətləndirib.

Həmin fotonu təqdim edirik:
Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support