Ermənistanın baş naziri Nikol Paşinyan 8-9 aprel tarixində Moskvaya səfər edəcək. Bu haqda yazan erməni mənbələr Moskvada kommunikasiyaların açılması ilə bağlı üçtərəfli formatda (İlham Əliyev, Putin və Paşinyan) yeni sənədin imzalanacağını iddia edirlər.
Söhbət hansı sənəddən gedir?
Regionda kommunikasiyanın açılması məsələsi iki bəyanatda əksini tapıb:
– 10 noyabr razılaşmasının 9-cu bəndi;
– 11 yanvarda Moskvada qəbul olunan 4 bənddən ibarət bəyanat;
Moskva bəyanatında kommunikasiyanın bərpasının 1 mart tarixindən etibarən reallaşacağı qeyd olunurdu.
Üç ölkənin baş nazir müavinləri səviyyəsində keçirilən intensiv görüşlərin müzakirə mövzusu də bu tarixə qədər detalların razılaşdırılmasıdır. Mümkündür ki, 11 yanvar Moskva görüşündə kommunikasiyanın bərpası üzərində rəsmi sənədin imzalanması planlaşdırılıbmış, lakin tərəflərin mövqeləri buna imkan verməyib.
Azərbaycan: 10 noyabr razılaşmasının 4-cü bəndi – erməni qoşunlarının Qarabağdan tamamilə çıxarılması – reallaşmadan sənədi imzalamaq istəmir;
Ermənistan: əsirlərin qaytarılmasını istəyir; Paşinyanın görüşdən sonra “əsirlərlə bağlı razılıq əldə olunmadı” sözləri də bunu deməyə əsas verir;
Bunun fonunda detalların razılaşdırılması ilə bağlı danışıqlara da ehtiyac var idi: Ermənistan tərəfinin Zəngəzur dəhlizi ilə üzərindən manipulyasiya etdiyini bilirik.
İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı verdiyi mesaj, “Ermənistanı buna məcbur edəcəyik” sözləri Bakının mövqeyində israrlı olduğunu göstərirdi və Ermənistan bu israr qarşısında geri çəkildi:
Paşinyan bəyan etdi ki, “Naxçıvan dəhlizi (Zəngəzur) təkcə Azərbaycan yox, həm də Ermənistana xeyirdir”.Paşinyanın erkən parlament seçkilərini təyin etməsindən sonra belə açıqlama verməsi də indiyə qədər sərgilədiyi mövqeyin həm də daxili siyasi proseslərdən qaynaqlandığını deməyə əsas verir.
Nəticə bəllidir: Əliyev Ermənistana xəbərdarlıq etdi, Paşinyan razılaşdı və Moskvada mümkün növbəti görüşdə Zəngəzur dəhlizinin də yer aldığı kommunikasiyanın bərpası üzərində sənəd imzalana bilər.
Burada iki məqam yenidən aktuallaşır:
1. Sənəd imzalanana qədər erməni hərbi birləşmələri Qarabağdan çıxarılacaqmı?
Bu prosesin başladığına dair məlumatlar var:
Bakı bununla bağlı mövqeyini ifadə edib: müharibədən sonra əsir götürülən 62 (73 olduğu da deyilir) erməni terrorçudur;
Ermənistan mediasında Azərbaycanda 200-ə yaxın əsirin qaldığı iddiaları səslənir, hərçənd, rəsmi Bakı ən yüksək səviyyədə əsirlərin qaytarıldığını bəyan edib.
Maraqlıdır ki, Azərbaycan Prezidenti əsirlərin qaytarıldığını məhz Zəngəzur dəhlizi ilə bağlı mesaj verərkən bildirmişdi və burada iki versiya yaranır:
Bu kontekstdə “Kommersant” nəşrinin yazdıqları diqqət çəkir:
Birinci şərt: qeyd etdiyimiz kimi, bununla bağlı prosesin başladığı ehtimalı böyükdür və mümkün Moskva görüşünə qədər reallaşa bilər;
İkinci şərt: Kərki kəndi ilə yanaşı, Qazaxın 7 kəndinin də təhvil verilməsi gözləniləndir;
Asif Nərimanlı