“Vətən Müharibəsi Əlillərinə Kömək” İB-nin idarə heyyəti 31 mart soyqırımı ilə bağlı 4 dildə BƏYANAT YAYDI

Bu gün “Vətən müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin idarə heyyətinin fəalları 31 mart soyqırımı günü ilə bağlı Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək soyqrımı qurbanlarının əziz xatirəsini ehtiramla andılar.

“Vətən müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi Azərbaycan xalqına qarşı amansıcasına törədilmiş 31 mart qətliamı ilə bağlı təbliğat yönümündə milli və vətənpərvər ruhlu Azərbaycanın Beynəlxalq diaspora təşkilatlarının nümayəndələri ilə birlik, həmrəylik nümayiş etdirərək 4 dildə video bəyanat yaydı.

Birliyin icraçı direktoru Zamin Zeynalov mediaya açıqlamasında qeyd etdi ki, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin bu cür ictimai təşəbbüsü həyata keçirməkdə əsas məqsədi Dövlət Başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan həqiqətlərinin, dünya ictimaiətinin diqqətinə çatdırılması ilə bağlı həyata keçirdiyi Beynəlxalq siyasətə İctimai töhvələr verərək, dəstək olmaqdır.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support