Budur Heydər Əliyev Şəxsiyyəti!

Müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Süqutu labüd olan SSRİ-ni xilas etmək üçün Moskva yeni cəhd kimi “SSRİ nin taleyi” məsələsini ortaya atmışdı. Yeni İttifaq müqaviləsi hazırlanmış və mətbuatda dərc edilmişdi.

Azərbaycan rəhbərliyi bu layihənin hazırlanmasının iştirakçısı olmuş və SSRİ Ali Sovetinin sessiyasında onu müdafiə etmişdi. Heydər Əliyev Respublika başçılarının bu mövqeyini Naxçıvan MR Ali Məclisinin 14 yanvar 1991-ci il tarixli sessiyasında kəskin tənqid etdi və göstərdi ki, Azərbaycan üçün bu müqaviləyə girmək, ona müsbət rəy bildirmək xalqımızın qarşısında cinayət etmək deməkdir. Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə Naxçıvan MR Ali Məclisi 1991-ci il martın 14-də referendumda iştirak etməmək haqqında qərar qəbul etdi. Azərbaycan yazıçıları Heydər Əliyevi 1991-ci ilin martında öz qurultaylarına dəvət etdilər.

Ona böyük hörmət və sayğı göstərdilər. Bu, xalqın, ziyalıların öz böyük oğluna həqiqi ehtiramının daha bir təzahürü idi. Heydər Əliyev Respublikada xalq kütlələri tərəfindən başlanmış milli dövlət quruluşunun dirçəlişi hərəkatını dəstəkləməyə çağırırdı. Onun rəhbərliyi altında milli dövlətçilik ənənələrinin bərpasına başlanmışdı.1991-ci ildə yenidən müstəqillik əldə etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan, hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı, ölkədə ictimai-siyasi gərginlik daha da dərinləşərək anarxiya həddinə çatdı.

Bu vəziyyət 1993-cü ilə qədər davam etdi. 1993-cü ilin iyununda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizdə xaotik proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi. Prezident Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin ardıcıl və dönməz olduğunu təsdiqləyən uğurlu daxili və xarici siyasəti düşmənləri ciddi narahat edirdi. Onlar paytaxtda və Respublikanın digər iri yaşayış məntəqələrində siyasi sabitliyi pozmaq üçün hər vasitəyə əl atırdılar. Xüsusi Təyinatlı Polis Dəstəsinin əvvəllər müəyyən hərbi xidmətləri olsa da, pozucu qüvvələrin təsiri ilə artıq cinayət yoluna düşmüş 30-a qədər döyüşçüsü oktyabrın 2-də Respublika Prokurorluğu binasına soxuldu.

Daxili işlər nazirinin müavini Rövşən Cavadov silahlı dəstə ilə nazirliyin binasına hücum edib dəf olunduqdan sonra prokurorluğun binasına, qardaşının rəhbərlik etdiyi dəstəyə köməyə gəldi. Prezident Heydər Əliyevin apardığı danışıqlar nəticəsində Cavadov qardaşları öz tərəfdarları ilə prokurorluğun binasını tərk etdilər. Bu, hərbi qiyam cəhdinin başlanğıcı idi. Oktyabrın 4-də Gəncədə S.Hüseynovun tərəfdarlarından ibarət 300-ə yaxın silahlı adam Şəhər İcra Hakimiyyəti binasını və başqa strateji obyektləri ələ keçirdi. Bu zaman paytaxtda iki hərbi hissənin əsgərləri artilleriya qurğularını Prezident sarayı, Ali Sovet və Müdafiə Nazirliyi binalarına tuşlayıb əmrə müntəzir dayanmışdılar. Oktyabrın 4-dən 5-ə keçən gecə Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyini müdafiə etmək üçün radio və televiziya ilə xalqa müraciət etdi.

Onun çağırışı ilə, gecə yarısı olmasına baxmayaraq, qısa bir vaxtda on minlərlə vətənini sevən vətəndaşımız Prezident sarayı qarşısına toplaşdı. Prezidentin həyata keçirdiyi tədbirlər qiyamçılara qüvvələrini birləşdirməyə imkan vermədi. Gəncədə qiyam yatırıldı. Vəziyyətin dəyişdiyini görən Cavadov qardaşları Prezidenti müdafiə etdiklərini bildirdilər. Xalq oktyabrın 5-də Bakının Azadlıq meydanında təşkil olunmuş izdihamlı ümumxalq mitinqində qanuni Prezidenti dəstəklədiyini bir daha nümayiş etdirdi. Düşmənlərin, xarici kəşfiyyat orqanlarının əlində oyuncaq olan hakimiyyət hərisləri yenə də öz niyyətlərindən əl çəkmirdilər. 1994-cü il dekabrın 4-də “Azərbaycana xidmət” vəqfi tərkibində “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi” adlı təşkilat yaradılmışdı.

Bu təşkilat ölkədə siyasi müxalifətlə hərbi müxalifəti birləşdirib dövlət çevrilişi etməyi, qanuni Prezidenti fiziki cəhətdən məhv edib A.Mütəllibov, Ə.Elçibəy və başqalarının təmsil olunduğu “Dövlət Şurası” yaratmağı planlaşdırmışdı. 1995-ci il martın 12-dən 13-nə keçən gecə Ağstafa və Qazaxda Xüsusi Təyinatlı Polis Dəstəsi əməkdaşları qiyam qaldırıb dövlət idarələrini zəbt etdilər. Martın 15-də qiyamçılar Bakıda Nizami rayon polis idarəsinə silahlı basqın etdilər və dəf olundular. Prezidentin 16 mart tarixli fərmanı ilə Xüsusi Təyinatlı Polis Dəstəsi ləğv edildi və onun Bakıdakı əməkdaşlarından silahı könüllü təhvil verib, “8-ci km” qəsəbəsindəki bazalarını tərk etmək tələb olundu. Cavadov qardaşları Prezidentin münaqişəni dinc yolla həll etmək istəyinə məhəl qoymadılar. Onlar bazada toplanmış silahlıları dörd hücum qrupuna bölüb, martın 16-dan 17-nə keçən gecə Prezident sarayı, Dövlət Teleradio Şirkəti və Daxili İşlər Nazirliyi binalarını tutmaq üçün həmlə ilə mühasirəni yarıb şəhərə çıxmağa çalışdılar. İqtidarın fövqəladə tədbirləri, hökumət qüvvələrinin çevik hərbi əməli.

Yaşar Quliyev