“Ali Baş Komandan son 17 ildə həyata keçirdiyi güclü siyasət milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi”

Azərbaycan Texniki Universiteti Nəqliyyat və logistika fakültəsinin 3-cü kurs tələbəsi, Buta.ws xəbər saytı və ZaferTV.az internet televiziyasının müxbiri Əkbər Nəcəfovun MediaBaku.az-a müsahibəsini təqdim edirik:

– Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında nə düşünürsünüz?

– Belə demək istərdim ki,  Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın­da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Bundan sonra möhtəşəm qələbə haqqında kitablar yazılacaq, filmlər çəkiləcək daha nələr, nələr olacaq. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu fakti­ki olaraq iflic vəziyyətinə gətirdi.


– Bu gün də qarşı tərəf silahlarmızdan qorxaraq mitinq təşkil ediblər bununla bağlı fikrinizi almaq istərdik.

– Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Bununla da Silah­lı Qüvvələrimiz “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

– Müharibə zamanı ən gərgin təbəqə dinc sakinlərdir. Emosiya və aqressiya yüksək səviyyədə olur. Sosial şəbəkərdə bu daha çox üzə çıxırdı. Siz bir mətbuat nümayəndəsi olaraq sakinləri, əhalini düşünərək paylaşımlar edirdiniz, yoxsa sırf reytinq artsın deyə paylaşımları müxtəlifləşdirirdiniz?

Bu bir növ informasiya müharibəsində tutduğunuz mövqeydir. Vətən müharibəsində Azərbaycan həm döyüş meydanında, həm də informasiya məkanında mühüm nailiyyətlər qazanaraq möhtəşəm qələbəni təmin etdi. Ordumuzun, digər dövlət qurumlarımızın müharibəyə ciddi və məsuliyyətli şəkildə kökləndikləri kimi, 44 günlük Vətən müharibəsində Kütləvi İnformasiya Vasitələri də bu səfərbərliyə adekvat yanaşma ortaya qoydu. Jurnalistlər Azərbaycan həqiqətlərini istər yerli, istərsə də beynəlxalq ictimaiyyətə düzgün çatdırmaq məqsədilə məsələni peşəkarlıqla işıqlandırdılar.

– Amma ümumilikdə götürdükdə ayrı-ayrı jurnalistlərimizin fəaliyyəti xüsusi vurğulanıb. Bir çox jurnalistlərimiz var idi ki, onlar gecə-gündüz demədən, xüsusən də xarici dillərdə dünya ictimaiyyətini məlumatlandırmaq üçün durmadan çalışırdılar. Sizdə bu Jurnalistlərdən idiz. Bəs sizin fəaliyyətiniz qiymətləndirildimi?

– Bizim aktivliyimiz Azərbaycan həqiqətlərinin çatdırılması üçün xüsusi əhəmiyyətə malik idi və çox hallarda haqq işimizə müsbət təsir göstərirdi. Bilirsiniz ki, ölkəmizdə qaynar cəbhə xəttindəki müharibə ilə paralel olaraq informasiya müharibəsi də gedirdi. Biz də əlimizdən gələn qədər çalışdıq, vuruşduq. Fəaliyyətim də, bəli qiymətləndirildi. Qalib ölkənin vətəndaşı və KİV nümayəndəsi kimi qiymətləndirilmək çox sevindirici və qururverici bir hissdir. Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Tağı müəllim Əhmədov tərəfindən informasiya müharibəsində aktiv iştirakıma görə mükafatlandırıldım. Bunun üçün YAP Yasamal Rayon Təşkilatının sədri, çox hörmətli Tağı Əhmədova öz dərin minnətdarlığımı bildirirəm. Biz gəncləri hər zaman xüsusi diqqət və qayğı göstərərək savadlı kadr kimi inkişaf etmək, ən əsası isə gələcək də səsimizi daha da yüksəklərə çatdırmaq üçün bizə bu cür imkanları yaratdığı üçün dövlətimizin başçısına Prezident, Cənab Ali Baş Komandan İlham Əliyevə öz təşəkkürümüzü bildiririk. Bəli bunu da qeyd edim ki, KİV nümayəndəsi olduğum kimi həm də, mən bir tələbəyəm oxuduğum universiteti də bir növ təmsil edirəm.  İnformasiya müharibəsində aktif iştirakım və eləcə də universitetdə sosial-ictimai fəaliyyətim üçün universitet rəhbərliyi tərəfindən də yüksək qiymətləndirildi və doğma universitetimiz Azərbaycan Texniki Universitetinin rektoru, prafesor Vilayət Vəliyev tərəfindən də mükafatlandırdım. Bunun üçün də Vilayət Vəliyevə öz təşəkkürümü bildirirəm.

Fatimə Quliyeva

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support