Bakıdakı DOST mərkəzləri gün ərzində bu qədər şəxsə xidmət göstərir – Sədr

Bakı şəhəri üzrə faaliyyət göstərən DOST mərkəzlərində gün ərzində 2 minə yaxın vətəndaş xidmətlərimizdən yararlanır.

ZaferTV.Az  bildirir ki, bunu Trend-ə açıqlamasında DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib. Onun sözlərinə görə, bəzi günlərdə bu say 2 mindən artıq olur:

“DOST Agentliyinin əsas məqsədi çeviklik, şəffalıq və operativlikdir. Eyni zamanda, bizim dəyərlərimiz nəzakətlilik, keyfiyət və vətəndaş məmnunluğudur. Bakı şəhəri üzrə üç mərkəzimiz fəaliyyət göstərir və gün ərzində 2 minə yaxın vətəndaş, bəzən 2 mindən artıq şəxs bizim xidmətlərimizdən yararlanır. Onu qeyd edim ki, 4 sayılı DOST mərkəzi, Bakı şəhərinin iki rayonu Binəqədi və Nərimanovda qeydiyyatda olan vətəndaşlara xidmət göstərəcək. Bu da ümumilikdə 700 minə yaxın əhali demədkir”.

F. Məmmədov əlavə edib ki, 4 sayılı mərkəzin xidmət potensialı gün ərzində təqribən 800 nəfərdir: “Gün ərzində bu 800 insana xidmət göstərə biləcəyik. Eyni zamanda, qeyd edim ki, bu mərkəzdə müasir çağrı mərkəzi də yerləşəcək”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support