“Baku Electronics” qayda pozuntusuna görə DİN-nin sorğusuna cavab VERMƏDİ – MƏHKƏMƏ

“Baku Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Daxili İşlər Nazirliyi tərəfindən cərimələnib. Avtosfer.az-ın məlumatına görə, şirkətə məxsus avtomobili idarə edən şəxs yol hərəkəti qaydalarını pozaraq inzibati xətaya yol verib. Daxili İşlər Nazirliyi həmin cəzanın sürücüyə tətbiq edilməsi üçün xətanın qeydə alındığı zaman avtomobili idarə edən şəxs haqda məlumat verməsi ilə bağlı “Baku Electronics”ə sorğu göndərib.
Lakin şirkət polisin bu sorğusuna cavab verməyib. Buna görə də DİN tərəfindən sözügedən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilərək cərimələnib. Protokolla bağlı qərar verilməsi üçün Binəqədi rayon məhkəməsinə müraciət edilib. İşə hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, sözügedən xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Xatırladaq ki, “Baku Electronics” elektronika sahəsində ən böyük mağazalar şəbəkəsindən biridir. Hazırda ölkə üzrə 24 mağazası fəaliyyət göstərir və 60-dan çox firmanın rəsmi distributorudur.
Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support