Məktəblər aprelin 2-dən bağlanacaq? – Məsələyə aydınlıq gətirildi

Sosial şəbəkələrdə aprelin 2-dən 14-dək məktəblərdə ənənəvi tədrisin dayandırılacağı ilə bağlı xəbərlər yayılıb. Xəbər Bakı şəhəri üzrə Təhsil idarəsinin loqosu altında paylaşılıb.

Zafer TV Baku tv-yə istinadən xəbər verir ki, qurumdan bunun saxta olduğu bildirib. Qeyd edilib ki, əsassız olaraq rəsmi atributlar fonunda saxta məlumat yayaraq çaşqınlıq yaratmaq istəyənlər bu kimi əməllərin hüquqi məsuliyyət yaratdığını unutmamalıdırlar.

Dünən Qəbələ rayon 3 nömrəli orta məktəb distant tədrisə keçib. Həmin məktəbdə fəaliyyət göstərən müəllimlərdən birində koronavirus aşkarlandığına görə ənənəvi dərslər iki həftəlik dayandırılıb.

Ölkə ərazisində fəaliyyət göstərən 4447 orta ümumtəhsil məktəblərinin 4427-də fevralın 21-də ənənəvi tədris bərpa olunub. Bu məktəblərin 100-ə yaxınında koronavirus aşkarlandığından distant təhsilə keçid edib.

Paytaxt ərazisində bəzi məktəblər bir birinə yaxın məsafədədir. Bu məktəblərdə təhsil alan və çalışan şəxslərin də bir-biri ilə ünsiyyətdə olduğunu nəzərə alsaq, COVİD-19-un məktəblərdə yayılma tendensiyasının davam edəcəyini deyə bilərik. Bu da tədrisin distan formaya keçməsini qaçılmaz edə bilər.

Qeyd edək ki, Təhsil Nazirliyi pandemiya dövründə tədrisin hansı formada təşkil edilməsi ilə bağlı sorğu keçirir. Sorğunun məqsədi, bununla bağlı ictimai rəyin öyrənilməsidir.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support