Ramazan bayramından sonra Şuşanı ziyarət edəcəyik – Ərdoğan

Preizdent İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 gün davam edən müharibə ilə 30 illik işğala son qoydu. Qarabağ ana vətənlə təkrar qucaqlaşdı.

Zafer TV Trend-ə istinadən bildirir ki, bunu türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Qarabağ bölgəsində 67 məsciddən 63-ü dağılıb. Eyni zamanda, kilsələr də tarimar edilib.

Ərdoğan xatırladıb ki, bu gün həm də azərbaycanlı qardaşlarımızın ermənilər tərəfindən soyqırımına məruz qaldığı bir gündür: “Qətl edilən on milərlə qardaşımızı rahmətlə yad edirik. Qarabağdakı türk mirasının qorunması üçün Azərbaycanın yanında olmağa davam etməyimiz çox önəmlidir. Bütün məcburi köçkünlərin tezliklə qayıtmasını diləyirəm.

R.T.Ərdoğan həmçinin qeyd edib ki, Ramazan bayramı sonrası Prezident İlham Əliyevlə birgə Şuşanı ziyarət etmək niyyətindədir.