Ruslar Qarabağda ömürlük qalacaqlar? – Polkovnik AÇIQLADI

“Dünyanın müxtəlif yerlərində sülhməramlılar xidmət edir və onların fəaliyyət göstərdiyi bölgələrdə mütləq şəraitdə müvəqqəti yaşayış məntəqələri qurulmalıdır”.

Zafer Tv xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, bəyanata əsasən sülhməramlıların Azərbaycanda bir sonrakı 5 illikdə qala bilməsi üçün mütləq Azərbaycanın razılığı olmalıdır:

“Bunlar əksər hallarda modul tipli səyyar yaşayış məntəqələri olaraq qurulur. Bugün Azərbaycanın dəvəti üzərinə sülhməramlı qüvvələrin işğaldan azad olunan ərazilərimizdə müvəqqəti məskunlaşması normaldır. Çünki, üçtərəfli bəyanatda da qeyd olunduğu kimi, onların burada bir sonrakı 5 illikdə qala bilməsi üçün Azərbaycanın razılığının olması mütləqdir. Bu səbəblə narahat olmağa əsas yoxdur”.

Qeyd edək ki, Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov Xankəndidə sülhməramlılar üçün inşa edilmiş blok-modul şəhərciyinin açılışında iştirak edib. İndiyə qədər Rusiya sülhməramlıları üçün 12 modul tipli şəhərçik Xankəndində, Getavanda, Qarakənddə, Xaçmaçda, Xocavənddə və Əsgəranda salınıb. Yaxın gələcəkdə bu cür şəhərciklərin digər ərazilərdə də qurulacağı deyilir.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support