Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib – FOTO

Vətən müharibəsində şəhid olan hərbçimizin xatirəsi əbədiləşdiril

ZaferTV.Az Trend-ə istinadən bildirir ki, Tuğ kəndi uğrunda gedən döyüşlərdə şəhid olan Kamran Quluzadənin adını əbədiləşdimək üçün şəhidin xatirəsinə bulaq inşa edilib.

Ötən gün bulağın açılışı olub.

Qeyd edək ki, baş leytenant Kamran Quluzadə Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Naxçıvan Muxtar Respublikası Xüsusi Təyinatlı Qüvvələrində zabit kimi hərbi xidmət göstərən Kamran Quluzadə Vətən müharibəsi günlərində Füzuli istiqamətindən başlayaraq döyüşlərdə iştirak edib.

Şuşa istiqamətində aparılan döyüş əməliyyatlarında şücaət göstərib. Onun sonuncu döyüşü Xocavənd rayonu Tuğ kəndi uğrunda olub. Ayaqlarından mərmi yarası alan Kamran Quluzadə həm cəbhə yoldaşlarına kömək edib, həm də son qanına qədər döyüşüb.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support