Azərbaycan millisinin 2 oyun üçün heyəti açıqlanıb

Futzal üzrə Azərbaycan millisi bu gündən təlim-məşq toplanışına başlayıb. 

Zafer TV apasport.az-a istinadən xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi iki qarşılaşmaya hazırlığa start verib.

16 futzalçının cəlb olunduğu komandamız aprelin 8-də səfərdə Slovakiya, aprelin 14-də isə Bakı İdman Sarayında Yunanıstan yığması ilə qarşılaşacaq. Millimiz aprelin 5-dək Bakıda məşq edəcək.