Bağçalarla bağlı icra hakimiyyəti orqanları qərar qəbul edəcək – Nazirlik

Ənənəvi tədrisin dayandırılması ilə bağlı bu gün verilmiş qərar hələlik yalnız ümumtəhsil müəssisələrinə aiddir.

Zafer T V Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrində əyani tədrisə başlanılmamışdı. Bu müəssisələrdə tədris distant formada aparılırdı:

“Məktəbəqədər təhsil müəssisələri isə yerli icra hakimiyyəti orqanlarına tabedir. Həmin icra hakimiyyəti orqanları vəziyyəti təhlil edərək müvafiq qərar qəbul edəcəklər”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support