Daha bir DOST mərkəzi gələn ay Xırdalanda açılacaq

May ayının sonunda növbəti DOST mərkəzi açılışa təqdim olunacaq.

Zafer TV bildirir ki, bunu Trend-ə açıqlamasında DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib. O qeyd edib ki, növbəti mərkəz Abşeron rayonunun Xırdalan şəhərində yer alacaq: “Bu, sayca 5-ci DOST məkəzi olacaq”.

Xatırladaq ki, martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 4 saylı DOST Mərkəzinin açılışı olub.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support