Tanınmış jurnalistə yüksək vəzifə verildi

Əməkdar jurnalist Səadət Məmmədova CBC TV-nin Xəbərlər və İnformasiya Departamentinin direktoru vəzifəsindən ayrılıb.

Zafer Tv  xəbər verir ki, o, bundan sonra ATV-də fəaliyyət göstərəcək. S.Məmmədova ATV prezidentinin informasiya yayımı üzrə müşaviri təyin edilib.

Qeyd edək ki, CBC TV 2021-ci ildən yeni yayım konsepsiyasına keçib. Telekanal yalnız bir dildə – rusca yayımlanır. Azərbaycan dilində xəbərlərin və verilişlərin yayımı dayandırılıb.