“İrəli” İB “Hamısı Digital Bu ay” layihəsinin növbəti vebinarını keçirdi

“İrəli” İctimai Birliyinin təşkilatçılığı  ilə həyata keçirilən “Hamısı Digital Bu ay” (Rəqəmsal Ay) layihəsi çərçivəsində III onlayn vebinar baş tutub. Vebinarın mövzusu “Media savadlılığı” olub.

Zafer Tv xəbər verir ki, “İrəli” İctimai Birliyinin mətbuat katibi və idarə heyətinin üzvü Əfsanə Şükürova vebinarda media savadlılığı mövzusunda məruzə edib, layihə iştirakçıları ilə öz təcrübəsini bölüşüb. “Media savadlılığı”, “fake news-la mübarizə”, “medianın əhəmiyyəti”, “sosial mediada yazılanlara necə etibar etmək olar”, “media etikası”, “mətbuat dili” haqqında məlumat əldə edən gənclər onları maraqlandıran suallara cavab tapıblar.

Birliyin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, eyni zamanda mövcud vəziyyətdə gənclərin fərqli istiqamətlərdə maarifləndirilməsi, rəqəmsal marketinq üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, onlayn resurslar haqqında məlumatlılığının artırılması, peşəkar təlimçilər tərəfindən keçiriləcək görüş və təlimlərdə iştirak edərək bu sahələr üzrə biliklərə yiyələnməsidir.

Qeyd edək ki, layihə 25 mart -25 aprel tarixlərini əhatə edir.  Ötən mövsüm uğurla həyata keçirilən layihədə 30-dan çox gənc iştirak edib müxtəlif bilik və bacarıqlara yiyələniblər.

Bütün bu fəaliyyətlərdən daha geniş məlumatlı olmaq üçün “İrəli” İctimai Birliyinin sosial media hesablarını izləmək kifayətdir: https://www.facebook.com/IRELI1/

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support