Bakı-Sumqayıt yolunda “TIR” qəza törədib.
Zafer TV APA-ya istinadən bildirir ki, yük avtomobili manevr edərkən dəmir arakəsmələrə çırpılıb. Hadisə yerinə hüquq- mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Yolda qəza səbəbindən tıxac yaranıb.
Araşdırma aparılır.