İsmayıllıda UAZ aşıb, sürücü ölüb

İsmayıllıda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Zafer TV-yə verilən xəbərə görə, rayonun Qoydan kəndi ərazisində kənd sakini İ.Mirzəyev idarə etdiyi UAZ markalı avtomobili aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

Faktla bağlı Rayon Polis Şöbəsində tərəfindən araşdırma aparılır.