Nərimanov rayonunda tədbirlərin müzakirəsi keçirilib – FOTOLAR

Nərimanov rayonunda “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” üzrə təşkil edilməsi nəzərdə tutulmuş tədbirlərin müzakirəsi keçirilib.

05 aprel 2021-ci il tarixdə “Mont İnn” otelin konfrans zalında xüsusi karantin rejiminin qaydalarına riayət etməklə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin müvafiq tapşırığına əsasən Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə bağlı imzaladığı Sərəncama əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetlərdən 4-cü prioritet “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” üzrə təşkil edilməsi nəzərdə tutulmuş tədbirlərin müzakirəsi keçirilib.

Müzakirədə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Odlar Yurdu” Universitetinin İqtisad kafedrasının müdiri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimai Şurasının sədri, professor Elşad Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakultəsinin dekanı, iqtisadi elmlər namizədi, dosent, əməkdar müəllim Asiman Quliyev, Azərbaycan Kooperasiya Universitetinin İqtisadiyyat fakultəsinin dekanı, dosent Elşən İbrahimov, Azərbaycan Turizm və Menecment Universitetinin İqtisadiyyat kafedrasının müdiri, dosent Səkinə Hacıyeva, “Bakı Avrasiya” Universitetinin riyaziyyat və iqtisadiyyat kafedrasının müəllimi Vüsal Cəfərli, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov iştirak etmişlər.

Tədbir zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə bağlı imzaladığı Sərəncama əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetlərdən 4-cü prioritet “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” üzrə “İşğaldan azad olunan ərazilərdə mikro iqtisadiyyatın dayanıqlı inkişafının təminində gənc mütəxəssislərin rolu”, “Qarabağda yaradılacaq ağıllı infrastruktur (ağıllı şəhər və kənd) layihələrində rəqəmsal gənclik işi və innovasiya, sosioloji sorğular”, “Azad olunmuş ərazilərdən olan məzun gənclərin layihələrə cəlb olunması”, “Vətən Müharibəsi iştirakçıları ilə işin qurulması” və sair mövzularda tədbirlərin keçirilməsi müzakirə edilmişdir.

Qeyd olunmuşdur ki, bu günün aktual iqtisadi mövzulardan biri də işğaldan azad olunmuş ərazilərdə məşğulluğun təmin edilməsidir. Böyük qələbə və onun ardınca işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə start verilməsi Azərbaycan dövlətinin sülhə, əminamanlığa və inkişafa nə dərəcədə maraqlı olduğunu bütün dünyaya bəyan edir. Qarabağda 30 illik işğal siyasəti yeridən Ermənistanın necə amansız və dağıdıcı varvar olduğunu artıq dünya dərk etməkdədir. Məlum olduğu kimi, azad edilmiş ərazilərin bərpasını mərkəzləşmiş qaydada aparmaq üçün qərargah yaradılmışdır. Bütün təkliflər, təşəbbüslər və ideyalar burada cəmlənir, analiz edilir, ən vacib addımların atılmasına qərar verilir. İnfrastruktur layihələrinin icrası, bütün şəhərlərin, kəndlərin bərpasının baş planlarının “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında hazırlanması növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair görüləcək işlər sırasındadır.
Bərpa olunan ərazilərdə müasir texnologiyaların tətbiqi regionun bərpa prosesini sürətləndirəcək, texnoinvestorlar üçün xüsusi maraq kəsb edəcək, texnologiya əsaslı investisiyaların axınını sürətləndirməklə yanaşı, Qarabağda innovasiya mərkəzləri və texnoparkların yaradılmasının fundamental əsaslarını təşkil edəcək.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support