Qardaşlıq təşkilatı

Məlumdur ki, bu ilin mart ayının 31-də  keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-formal Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış etmişdir. Cənab Prezident öz çıxışında bir sıra məsələlərə toxunmuşdur. Bildirmişdir ki, Ermənistanın işğalçı siyasətinin ağrılı nəticələri olmuşdur.

Belə ki, 30 ilə yaxın müddət ərzində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri rəsmən Ermənistanın işğalı altında qalmışdır. Həmin işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi zəbt edilmiş, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə salınmışdır. Ermənistan etnik təmizləmə siyasəti aparmış və 1992-ci ildə  Xocalıda törədilən soyqırımı nəticəsində 600-dən çox günahsız insan, o cümlədən, 106 qadın və 63 uşaq vəhşicəsinə qətlə yetirilmişdir.

Uzun müddət Ermənistanın yürütdüyü işğalçılıq siyasəti münaqişənin beynəlxalq hüquq müstəvisində həllinə mane olmuşdur. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə icrasız qaldı. Azərbaycanın haqq işiniə yanaşmada istər ATƏT, istərsə də bəzi dövlətlər, ya səssizlik mövqeyi tutduldr, ya da ikili standartlar tətbiq etdilər. ATƏT-in Minsk qrupunun fəaliyyəti yarıtmaz oldu və münaqişənin həll edilməsi üçün demək olar ki, heç bir iş görmədi. Odur ki, münaqişənin hərbi yolla həlli qaçılmaz oldu.

Ermənistan həmişə qeyri-konstruktiv və provakasion mövqe sərgiləyib. Istər beynəlxalq qurumlar, istərsə də Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən havadarları uzun illər ərzində münaqişənin dondurulması istiqamətində fəaliyyət göstərmişlər. Əgər Ermənistanın əvvəlki başçıları danışıqlar prosesini imitasiya xatirinnə həyata keçirirdilərsə, Paşinyan hakimiyyətə gələndən bəri ancaq danışıqları pozmaqla məşğul olmuşdur. O, daha çox məsuliyyətsiz çıxışları və təxribatları ilə fərqlənmişdir. Onun təxribat xarakterli addımlarından biri də, qədim Azərbaycan şəhəri Şuşada qanunsuz  Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsidir. Bizim xalqımız bu təhqiri götürə bilməzdi və götürmədi də.

Onların təxribatlarından və təhqirlərindən bezən Azərbaycan Ordusu öz sözünü dedi. 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyü bərpa olundu, Ermənistan mifik “Ohanyan səddi” darmadağın edildi və Şuşa şəhəri hərb tarixininə qızıl hərflərlə yazılacaq bir əməliyyat nəticəsində azad olundu. Azərbaycan Respublikası və Rusiya Fedrasiyasının prezidentləri, habelə Ermənistanın baş naziri noyabr ayının 10-da üçtərəfli Bəyanat imzaladılar. Bu Bəyanat əsasında Ağdam, Kəlbəcər və Laçın rayonlarının əraziləri işğaldan azad olundu. Deməli, ümumilikdə məsələ hərbi-siyasi yollarla həll olundu. Tam əminliklə demək olar ki, artıq dağlıq Qarabağ adlı nə ərazi vahidi, nə də problemi var.

Ermənilər milli xislətlərinə uyğun olaraq işğal eydikləri yaşayış məntəqələrinin viran qoymuşlar, nəinki qəbirstanlıqları dağıtmışlar, hətta ölülərin sümüklərini belə çıxarıb aparmışlar. Ağdam şəhərində yerləşən məşhur şairə Xurşud Banu Nətavanın qəbiri dağıdılmış və sümükləri harasa aparılmışdır. Bütün düya gördü ki, özlərini sivil sayan ermənilər, əslində vandal və barbardılar. Ağdamı “ruhlsr şəhərinə” çeviriblər. Erməninin əsl sifəti budur.

Hələ də ermənilər minalanmış ərazilərin xəritələrini bizə təqdim etməyiblər. Bu müharibə cinayəti sayılır və hələ də bəzi “demokratik” dövlətlər nədənsə bu məsələ barəsində səssizliyə üstünlük verirlər. Düşmən və onun havadarları bilsin ki, xalqımız Ali baş Komandanın ağıllı siyasəti ilə bu mərhələni də uğurla keçəcəkdir.

Azərbaycan tarixi ədaləti bərpa edərək, 44 gün davam edən II Qarabağ müharibəsində tam qələbə qazandı və ərazi bütövlüyünü bərpa etdi. Döyüş zamanı 300-dən çox yaşayış məntəqəsi azad edildi.  Müharibənin ilk günündən, sentyabrın 27-dən başlayaraq, qardaş Türkiyədən böyük dəstək aldıq. Həmin  siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Bu dəstək bizə əks-hücum əməliyyatını uğurla keçirməyə və hər hansı bir kənar qüvvənin məsələyə müdaxilə etməsinə imkan vermədi.

Azərbaycan dövləti özünə hörmət edən və məsuliyyətini dərk edən bir dövlətdir. Ermənistanın hərbi birləşmələri bizim sərhədlərimizi keçməyə cəhd göstərsələr də, biz onların layiqli cavabını verdik. Amma onların sərhədlərini pozmadıq. Bizim kimsənin torpağında gözümüz yoxdur, lakin bizə məxsus olanları da kimsəyə vermərik.

Münaqişənin həlli bütün regionun inkişafı üçün yeni imkanlar yaratmışdır. Bu imkanlardan ən vacibi  Zəngəzur dəhlizinin açılmasıdır.  Azərbaycan bu layihənin üzərində çox fəal çalışır. Qədim Azərbaycan torpağı olan Zəngəzur  türk dünyasının birləşməsi yolunda müstəsna əhəmiyyətə malikdir. Çünki Zəngəzurdan keçəcək nəqliyyat, kommunikasiya və infrastruktur layihələri həm bütün türk dünyasına, həm də elə Ermənistanın özü üçün də əvəzsiz imkanlar yaradacaqdır.

Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranlar Birliyinin rayon şöbəsi –  Osmanov Qurban Bayram