22 Aprel – Beynəlxalq Ana-Yer kürəsi günü adlı konfrans keçirilib – FOTOLAR

Sumqayıt şəhər Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini biologiya müəlliməsi Billurə Mehdiyevanın təşkilatçılığı 22 Aprel – Beynəlxalq Ana-Yer kürəsi günü adlı konfrans keçirilib.

Tədbirdə Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Rzayeva Əntiqə, mərkəzin ekologiya şöbəsinin əməkdaşı Məhərrəmova Sevinc və digər əməkdaşları, 22 nömrəli məktəbin direktoru Səfərova Tahirə, təşkilati işlər üzrə direktor müavini Yüzbəyova Fərqanə və müəllim kollektivi iştirak ediblər.

Qeyd edək ki, aprelin 22-si böyük bir bayram, BMT-in himayəsi ilə bizim hamımızın doğma evi–Beynəlxalq Ana-Yer kürəsi günü (International Mother Earth Day) qeyd edilir. Bu bayram 22 aprel 2009-cu ildə BMT-in Baş Assambleyasının 63-cü sessiyasında təsis edilmiş və 2010-cu ildən başlayaraq hər il aprelin 22-si keçirilir. Baş Assambleyasının 63-cü sessiyasının sədri Migel d’Eskoto Brokman bildirmişdir ki, bu Beynəlxalq günün qətnamədə yer alması Yerin və onun ekosisteminin bizim evimiz olmasının, insanlığa həyat verməsinin təzahürüdür. Qətnamədə həmçinin bildirilir ki, “Ana-Yer” termini bir çox ölkələrdə qəbul olmuşdur və insan, yer planeti və onun ekosistemləri arasındakı əlaqəni əks etdirir. BMT-in bütün üzv ölkələrinə, beynəlxalq və qeyri-hökumət təşkilatlarına “Beynəlxalq Ana-Yer kürəsi Günü”-nü qeyd etməyi tövsiyə edən Baş Assambleya, bu bayramın artıq hər il bir çox ölkələrdə qeyd olunduğunu diqqətə çatdırır. Şimal yarımkürədə Yer Kürəsi günü yazda, Cənub yarımkürədə isə payızsa qeyd olunur. Bu ümumdünya aksiyasının əsas məqsədi cəmiyyətin və hər bir insanın Yerin problemlərinə, onun ətraf mühitinin problemlərinə diqqəti cəlb etməkdir.

Bizim Yer Kürəmiz necədir? Hesablamalara görə, Yer Kürəsinin 4.5 milyard il yaşı vardır. Bu gün hər kəs öz həyətinin, küçəsinin yaşıllaşdırılmasında, abadlaşdırılmasında iştirak edə bilər. 22 Aprel Ana-Yer kürəsi Günü, yaz bərabərliyi günündə qeyd olunan Yer Günü kimi, planetin bütün yaşayış məskənlərində yaşayan hər bir sakinə bizim böyük ortaq evimizə minnətdarlıq etmək imkanı verir. Hər il dünya ölkələrinin alimləri bu gündə dəyirmi masa arxasında qlobal ekoloji problemləri müzakirə etmək üçün toplaşırlar. Müxtəlif ölkələrdə fərqli- fərqli aksiya və tədbirlər keçirilir. Bunlar konfranslar, sərgilər, şəhərin ən işlək küçələrində avtomobil hərəkətinin dayandırılması, ərazilərin təmizlənməsi və ağacların əkilməsidir.

Gəlin biz də Dünyamızı, Yer Kürəmizi, öz yurdumuzu-yuvamızı qorumaqda əlimizdən gələni əsirgəməyək!