Məşhur sənətçi vəfat etdi – Cəsədi oteldə tapıldı

“Digital Underground” qrupunun qurucularından olan “Şok G” ləqəbli dünyaca məşhur amerikalı reper Qreqori Yakobs 57 yaşında vəfat edib.

Zafer TV  xəbər verir ki, bu barədə onun sənət dostları məlumat yayıb. Məlumata görə, sənətçinin cəsədi öteldə tapılıb. Onun ölüm səbəbi məlum deyil.