“Amerika xalqı Baydenin bu tarixi səfini bağışlamayacaq”

Hər bir ölkə daxili və xarici siyasətini, iqtisadiyyatını, idarəetməsini, beynəlxalq əlaqələrini düzgün formada qurub inkişaf etdirdikcə, regionda güclü dövlətə çevrilir. Bu yüksəliş isə heç də bütün ölkələr tərəfindən birmənalı qarşılanmır.

Təssüflər olsun ki, ölkəmiz də belə dövlətlərdəndir. Onu gözü götürməyənlər və hər yolla müdaxilə edib zəiflətməyə çalışanlar çoxdur və onlardan istənilən qədər danışmaq olar. Lakin bir də daima ölkəmizin yanında olan və heç bir dəstəyini əsirgəməyən bir qardaşı, dostu var Azərbaycanımın. Tarixi əsrlərə söykənən şanlı Türkiyə. Bax bu qardaşlıqdan, hər iki ölkənin əsrlər boyu davam edən münasibətlərindən söz açmaqdan vətənini sevən hər kəs kimi mən də qurur duyuram.

Hər bir ölkə daxili və xarici siyasətini, iqtisadiyyatını, idarəetməsini, beynəlxalq əlaqələrini düzgün formada qurub inkişaf etdirdikcə regionda güclü dövlətə çevrilir. Bu yüksəliş isə heç də bütün ölkələr tərəfindən birmənalı qarşılanmır.

Təssüflər olsun ki, ölkəmiz də belə dövlətlərdəndir. Onu gözü götürməyənlər və hər yolla müdaxilə edib zəiflətməyə çalışanlar çoxdur və onlardan istənilən qədər danışmaq olar. Lakin bir də daima ölkəmizin yanında olan və heç bir dəstəyini əsirgəməyən bir qardaşı, dostu var Azərbaycanımın. Tarixi əsrlərə söykənən şanlı Türkiyə. Bax bu qardaşlıqdan, hər iki ölkənin əsrlər boyu davam edən münasibətlərindən söz açmaqdan vətənini sevən hər kəs kimi mən də qurur duyuram. Bu gün iki qardaş ölkənin əlaqələrinin dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi tarixi təməllərə söykənir. Təbii ki, xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Bildiyimiz kimi, türk xalqlarının kökü eyni genetik-mənəvi başlanğıcdan qaynaqlanır. Biz elə bir xalqın övladlarıyıq ki, tarixdə çox az xalq bizim keçdiyimiz əzəmətli yolu keçib.

Diqqət yetirsək görərik ki, bizim şanlı türk xalqlarının tarixi bahadırlıq, alplıq, ərənlik tarixidir. O həm də bəşəriyyəti qüdrətli sənət inciləri ilə zənginləşdirən, ucu-bucağı görünməyən bir mənəviyyat xəzinəsidir. Türkün böyüklüyü elə bir həqiqətdir ki, onu danmaq, görməzdən gəlmək mümkün deyil!

– YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin üzvü,

 Zakir Quliyev

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support