“Baydenin tarixi-siyasi prosesləri təhrif etməsi qəbuledilməzdir”

ABŞ Prezidenti Co Baydenin səsləndirdiyi bəyanatında “soyqırımı” ifadəsini işlətməsi qərəzli və ədalətsiz yanaşmadır.

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden 24 aprel tarixli bəyənnaməsində 1915-ci il hadisələrini “soyqırımı” adlandırmaqla həm ölkəsi, həmçinin xarici siyasəti üçün əsassız və böyük səhv etmiş oldu.

ABŞ rəhbərinin tarixi-siyasi prosesləri təhrif etməsi qəbuledilməzdir, təəssüf doğurur, lakin, nə Türkiyə, nə də Azərbaycan üçün faciə deyil. Əksinə tarixçilərin araşdırmalı olduğu işlə Co Bayden tərəfindən siyasi məqsədlər naminə istismar edilməsi ABŞ-ın özü üçün problemlərə yol açdı.

1918-ci ildə və 90-cı illərin əvvəllərində Azərbaycanlılara qarşı törədilən soyqırımlara niyə qiymət verilmir? Bu addımın atılma səbəblərindən biri də Türkiyənin bölgədə durmadan nüfuzunun artmasının Qərbdəki bir sıra dairələri narahat etməsidir. 

Əgər Co Bayden soyqırımı ifadəsi işlətmək istəyirsə, birinci ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı ifadəsini işlətsin!

Bu gün bölgədə əməkdaşlıqlarla bağlı geniş müzakirələrin aparıldığı vaxtda belə bir addımın atılması heç də anlaşılan deyil. Azərbaycan və Türkiyə bütün ümummilli məsələlərdə bir-birilərini dəstəkləyiblər. Prezident İlham Əliyevlə Türkiyə Prezidenti arasında baş tutan telefon danışığında bu dəstək bir daha ifadə olundu.

Azərbaycan hər zaman olduğu kimi bu məsələdə də Türkiyənin yanındadır!

– YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin üzvü,

  Əkbər Nəcəfov

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support