“Bir əsr bundan öncə baş verən hadisələri düzgün araşdırmadan “soyqırımı” kimi interpretasiya etmək müdriklik nümunəsi sayıla bilməz”

ABŞ Prezidenti “soyqırımı” ifadəsini işlətməklə çox böyük bir yanlışlığa, tarixi səhvə imza atdı. Biz Co Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qəti şəkildə pisləyir və dünyanın bir nömrəli supergücünün bu cür ermənipərəst mövqeyini siyasi əxlaqsızlıq kimi qiymətləndiririk.   

ABŞ-ın və onun Qərb yandaşlarının tarixlə siyasəti qarışdırmağa, 1915-ci il hadisələrini geopolitik savaş predmetinə çevirməyə, olmamış hadisəni siyasiləşdirməyə nə mənəvi, nədəki siyasi olaraq ixtiyarları yoxdur. Qərb liderləri müasir Türkiyə Cümhuriyyətini və keçmiş Osmanlı xanədanlığını mifik “erməni soyqırımı”nda ittiham etməzdən öncə, yaxşı olardı ki, dönüb öz qanlı tarixlərinə də boylansınlar və ayrı-ayrı ölkələrə, xalqlara qarşı törətdikləri vəhşiliklərə, qətliamlara nəzər salıb, heç olmasa biraz da olsa utansınlar. 

  ABŞ Prezidentinin erməni “anım günü” ilə bağlı bəyanatı təkcə tarixi həqiqətlərin açıq şəkildə təhrif olunması deyil. Bu həm də qərəzli siyasi gedişdir. Co Bayden bu addımı atmaqla öz aləmində guya Türkiyə və Azərbaycanı cəzalandırdığını düşünür. Lakin ABŞ kimi bir dövlətin təcrübəli prezidentinin bu addımı siyasi uzaqgörənlik yox, siyasi korafəhmlik və axmaqlıqdır. Bir əsr bundan öncə baş verən hadisələri düzgün araşdırmadan və anlamadan, onu “soyqırımı” kimi interpretasiya etmək ağıllılıq, müdriklik nümunəsi sayıla bilməz. Ermənilərin törətdiyi Xocalı soyqırımını görməzdən gələn C.Baydenin “erməni soyqırımı” nağılını tanıması dünya siyasətinin nə dərəcədə mənəviyyatsızlaşdığını göstərir. 

Biz ABŞ prezidentinin və digər liderlərin tarixə bu cür hörmətsizcə yanaşmalarını, tarixi bilə-bilə saxtalaşdırmalarını qınayır və onların tarixdə baş vermiş bu və ya digər olaylardan öz çirkin siyasi məqsədləri üçün istifadə etmələrini yolverilməz hərəkət kimi qiymətləndiririk.    Qardaş Türkiyə Cümhuriyyətinə isə “möhkəm dayan!” deyirik.  Biz Azərbaycan olaraq hər zaman qardaş Türkiyənin yanındayıq!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support